İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşınla vurduğu qadını öz qohumunun evinə aparan şəxsə cəza kəsildi- Sərxoş olub

797 10.02.2021 21:09 Son xəbər A A

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində Nurlan Ağazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən N.Ağazadə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Nurlan Ağazadə Sabunçu rayonu ərazisində idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Ramana qəsəbəsində piyada 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Nurlan Ağazadə qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb və orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma; ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR