İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maşın” şounun iştirakçısının dəbdəbəli evi – Video

3726 18.10.2019 14:15 Şou-biznes A A

“Maşın” şounun komandası aparıcı Suna Kasımoğlunun evində qonaq olub. 

Musavat.com xəbər verir ki, aparıcının həyat yoldaşı Vahid Kasımoğlu kamera qarşısına keçərək 24 illik evliliklərindən danışıb: “Bacımın övladının doğum günü idi. Mən də 5 dəqiqəlik onlara getdim. Suna bacımın rəfiqəsi idi. Orada görüb bəyəndim. 3 saat yarım bacımgildə oturdum. Qısa zamanda evləndik. 24 ildir ki, evliyik”. 

İki övladı olan aparıcı isə heç vaxt bu qədər uzun müddət ayrı qalmadıqlarını bildirib: “24 ildə ilk dəfədir ki, 15 gündür ayrıyıq. Həyat yoldaşım dedi ki, hər gün şouya gələcəyəm , özünü tək hiss etmə”. 

Aparıcının dəbdəbəli evi də diqqət çəkib.

Qeyd edək ki, Suna “Maşın”ın finalçılarından biridir. O həmkarı Lalə Mustafayeva ilə  avtomobil uğrunda yarışır. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR