Uzun müddətdir ki, gündəmi zəbt edən “Maşın Şou”nun tarixində bir ilk yaşanır. Belə ki, aparıcı Murad Dadaşov kiçik əməliyyat keçirdiyindən oyunu bir-birindən çox fərqli aparıcılar idarə edir.
Əvvəlcə səhnəyə aparıcılar Hacı Nuran və Mətanət Əliverdiyeva, daha sonra şoudan əlini götürüb gedən aparıcı Azər Zahid və finala bir gün qalmış şounu tərk edən aktyor Fərda Amin çıxıb.
Şouda maraqlı qonaqlar da, o cümlədən xalq artisti Arif Quliyev, əməkdar artist Çingiz Əhmədov, müğənnilər Sevda Ələkbərzadə, Cavad Rəcəbov iştirak edib.
![]()
Xalidə,
Musavat.com






