İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maşın şou" əsəblərə ziyandır” - Taleh Yüzbəyov (Fotolar)

2337 30.09.2019 19:24 Şou-biznes A A

Aktyor Taleh Yüzbəyov yerli film sektorunun inkişafından danışıb. 

Musavat.com saytına açıqlama verən aktyor bildirib ki, hazırda filmlər az çəkilsə də, daha keyfiyyətlidir: "Müəyyən dövrdə daha çox yerli filmlər çəkildi. İndi isə əksinə, azalmalar var. Düşünürəm ki, filmlərə həm özəl sektordan, həm də dövlət tərəfindən dəstək olmalıdır. Çünki kinomuz inkişaf etmək istəyir. Vergilərdən, müəyyən öhdəliklərdən azad edilərsə, kinomuz daha çox inkişaf edər. Əslində filmlərin çox çəkilməsi yaxşı haldır, təcrübə artır. Amma içərisində daha keyfiyyətliləri olması vacibdir".

Taleh Yüzbəyov sonuncu qalmaqallı müsahibəsindən də danışıb: "Heyf ki, fahişə söhbəti başlığa çıxdı. Əslində müsahibənin özü daha yaxşı idi. Dəfələrlə başlıqlarla bağlı problem yaşamışam. Bu hal məni əsəbləşdirir. Əsəbləşəndə isə heç kimi söymürəm, status yazıram".

Aktyor söhbət əsnasında "Maşın şou" ilə bağlı fikirlərini də bölüşüb: "Bir dəfə iştirak etmişəm. Ard-arda orada iştirak etmək olmaz, çünki əsəblərə ziyandır". 

Könül,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR