İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maşın"ın ikinci günü qalmaqallı keçdi - Sərxan Kərəmoğludan tərs-köşə

2967 15.12.2018 00:49 Şou-biznes A A

"Hind kinosu" devizi ilə yayımlanan "Maşın" şounun ikinci günü yayımlanıb.

Musavat.com xəbər verir ki, iki səslə aparıcı Sərxan Kərəmoğlu hədəf seçilib və səsverməyə çıxıb. Aparıcı hədəfini açıqlamayıb və sonda şok yaşadacağını bildirib. Meyxanaçı Oqtay Kamil hədəf olduğuni bildirsə də, Kərəmoğlu hədəfi açıqlamayacağını bildirib.

Sonda Kərəmoğlu 56,33 faiz səs yığaraq verilişdə qalıb və yarışmadan meyxanaçı Oktay Kamili uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda şouda mübarizəni əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov davam etdirir.

 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR