İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maşın"dan əlini çəkən Naziləni oyun quraraq çıxartdılar - Foto

4093 24.12.2018 00:25 Şou-biznes A A

"Hind kinosu" devizi ilə yayınlanan "Maşın" şounu daha bir iştirakçı tərk edib.

Musavat.com xəbər verir ki, aktrisa Xəyalə Quliyeva səsverməyə çıxıb. O, oyun boyu hədəfini açıqlamayıb. Veriliş bitməyə az qalmış deyib ki, qalib gələrsə, kişi iştirakçılardan birini oyundan uzaqlaşdıracaq. Xəyalə Quliyeva 85,62 faiz səs toplayıb və "Maşın"da qalmağa haqq qazandırıb.

O, oyundan Nazilə Səfərlini güclü rəqib gördüyü üçün uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda şouda mübarizəni Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu davam etdirir.

Xatırladaq ki, bu gün Nazilə Səfərlinin əlini maşından çəkdiyi görüntülər yayılıb. Sosial şəbəkələrdə müzakirə olunan görüntülərə görə şairənin oyundan uzaqlaşdırıldığı iddia edilir.

 

Könül
Musavat.com

4df8282a-6619-431d-9f2c-589db01eb5be.jpg (50 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR