“Maşın şou”nun üçüncü yarışma günü baş tutub.
Musavat.com xəbər verir ki, şouda iştirakçıların səsverməsi nəticəsində "Qurd" səsverməyə çıxmalı olsa da, o, qaydaları pozduğu üçün oyundan uzaqlaşdırılıb.
Daha sonra xalq artisti Bilal Əliyev oyundan öz istəyi ilə gedib.
Növbəti dəfə iştirakçılar arasında səsvermə olub və xalq artisti Fatma Mahmudova səsverməyə çıxıb. O, hədəfinin olmadığını açıqlayıb.
Veriliş boyu kişi iştirakçılar bir-biri ilə mübahisə edib və qurduqları planları açıqlayaraq ittihamlar səsləndiriblər. Sonda səsvermənin nəticəsi açıqlanıb. Nəticəyə görə, 64.73 faiz səslə xalq artisti şouda qalıb və oyundan heç kimi çıxartmayıb.
Artıq "Maskarad" adlı yarışda 14 iştirakçı maşın uğrunda mübarizə aparacaq.
Onlar aşağıda adları qeyd olunanlardır:
Xalq artisti Fatma Mahmudova, müğənnilər Nazim Pişyari, Türkan Vəlizadə, Ayan Babakişiyeva, Aysun İsmayılova, Niyam Salami, Ramal İsrafilov, Aşıq Namiq Fərhadoğlu, aparıcılar Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva, aktrisa Zümrüd Qasımova, meyxanaçı Aqşin Fateh, aktyor Məcid Hüseynov
Könül
Musavat.com






