İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda torpaq qalmaqalında adı hallanan sabiq bələdiyyə sədri danışdı

945 17.11.2016 09:40 Ölkə A A
Ötən saylarımızda “Masallıda bələdiyyə sədri vətəndaşın torpağını satıb” başlıqlı yazı dərc olunmuşdu. 

Redaksiyamıza müraciət edən rayonun Gəyəçöl kənd sakini Şəhla Əliyeva onun icazəsi olmadan kənd bələdiyyə sədrinin həyətyanı sahəsini  satın almasından şikayətlənib. Ş.Əliyevanın sözlərinə görə, buna qarşı öz etirazını bildirdiyi üçün daim təzyiq və təhdidlərlə üz-üzə qalıb, bu səbəbdən bir neçə dəfə intihar etmək istəyib. 

Məsələ ilə bağlı qarşı tərəfin də cavabı gecikməyib. Yazıda adıçəkilən Masallı rayonu Gəyəçöl kənd sakini, sabiq bələdiyyə sədri Bəybala Əsədov redaksiyamıza məktub vasitəsilə müraciət edərək bildirib ki, məlum hadisəyə heç bir aidiyyəti yoxdur: “Hadisə mənim bələdiyyə sədri işlədiyim dövrdə olmayıb. Təsərrüfatı ayrı olan kənd bələdiyyəsinin yeni sədri seçilən gəlinim olsa da, məndən ayrı yaşayır, bu hadisəyə heç bir dəxli yoxdur. 6 aydır bələdiyyə seçilib, əvvəlki dövrdə baş verən torpaq alqı-satqısında iştirakı olmayıb. Mən isə 2013-cü il mart ayının 12-də bələdiyyə seçilmişəm. Məqalədə adıçəkilən münaqişəli hadisə 2012-ci ilə aiddir. 



Adıçəkilən ərazi nümayəndəsi Afərin Şükürov da vəzifəyə çox sonralar -  2014-cü il 22 oktyabrda təyin olunub. 

Gəyəçöl kənd sakini Şəhla Əliyeva anası ilə konfliktdə olduğu üçün neqativ yollara əl atır, aidiyyəti olmayan şəxslərin adını hallandırır, faktlar olmadan müxtəlif ünvanlara şər və böhtanlarla dolu müraciətlər edir ki, bu müraciətlərin bir hissəsi sizin redaksiyanıza daxil olub. Hazırda bu konfliktə görə Şəhlanın özü ilə anası arasında münaqişə olub, ana evi tərk etmək məcburiyyətində qalıb".

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR