İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü sədrin təhqirlərinə dözmədiyi üçün intihara cəhd edibmiş - ŞOK İDDİA

2275 14.08.2023 17:10 Ölkə A A

YAP-ın Masallı təşkilatının sədri Seyfəddin Əliyevin sürücüsü Elman Şahnəzər oğlu Abdullayev intihara cəhd edib, vəziyyəti ağırdır.

Musavat.com xəbər verir ki, sürücü xeyli miqdarda sirkə turşusu içərək həyatına son qoymağa çalışıb.

Elman Abdullayev ağır vəziyyətdə Masallı Mərkəzi Xəstəxanasına, oradan isə Semaşko xəstəxanasına çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Elman Abdullayevin Seyfəddin Əliyevlə mübahisə zəminində intihara cəhd etdiyini bildirilir.

Qeyd olunur ki, YAP sədri Seyfəddin Əliyev də, onun intihara cəhd edən sürücüsü də Masallının Çaxırlı kəndindəndir. Yerli sakinlərin sözlərinə görə, son vaxtlar onların münasibətlərində ciddi gərginlik olub. Seyfəddin Əliyev sürücüsünü ağır söyüşlərlə təhqir edirmiş. Elə intihar hadisəsi də Seyfəddin Əliyevin sürücüsünü növbəti dəfə təhqir edərək işdən qovacağı ilə hədələməsindən sonra baş verib.

Masallı YAP şöbəsinin mühasibi Cəlal Əliyev mətbuata açıqlamasında deyib ki, evli olan sürücünün bəzi xəstəliklərlə bağlı problemləri var. Yerli sakinlərsə deyir ki, bu məlumat həqiqəti əks etdirmir. Sürücü intihara sədrlə növbəti mübahisədən sonra əl atıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR