İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda partlayış: ana və iki uşağı yaralandı - (Yenilənib)

1096 26.02.2014 21:30 Hadisə A A
APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 26-da saat 17.45 radələrində kənd sakini, 1967-ci il təvəllüdlü Yaşar İslam oğlu Nəsirova məxsus 3 otaqlı fərdi evdə qeydə alınıb.
 
Məlumata görə, əraziyə təbii qazın verilişində fasilə yarandığı üçün ev sahibləri qaz sobasına odun qoyaraq yandırıblar. Sonradan qaz gələndə güclü partlayış baş verib.
 
Nəticədə ev sahibinin həyat yoldaşı, 1967-ci il təvəllüdlü Faiqə Məlik qızı Nəsirova və onun iki uşağı, 17 yaşlı İslam, 6 yaşlı Güldərə müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb. Onlar Masallı Mərkəzi Rayon Xəstəxanasının travmatologoya şöbəsinə yerləşdiriliblər. Burada onlara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq hər üçünün vəziyyəti ağır olduğu üçün Bakıdakı  Yanıq Mərkəzinə yola salınıblar.
 
Partlayış zamanı həmçinin evin bir otağı baş vermiş yanğın nəticəsində içindəki məişət avadanlıqları ilə birlikdə yararsız vəziyyətə düşüb
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR