İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda keçmiş məhkumdan 2,6 kiloqramdan çox narkotik götürülüb

877 18.01.2019 00:17 Kriminal A A

Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Masallı rayon Polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR