İnsanlara hürriyət, millətlərə istiqlal!

MARTDA ADAMBAŞINA YAŞAYIŞ MİNIMUMU 156 MANAT OLUB

971 09.04.2010 09:37 İqtisadiyyat A A
Mart ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma yenə meyvə-tərəvəzdə (6,23 faiz), yağ məhsullarında (1,14 faiz), ən çox ucuzlaşma isə qeyri-ərzaq məhsullarından geyim və ayaqqabılarda (0,91 faiz) qeydə alınıb.
İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında fevral ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, mart ayında Azərbaycanda yaşayış minimumu adambaşına 156,71 manat  (fevralda 148,8 manat) təşkil edib. O cümlədən əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 147.71 manat (140,14 manat), pensiyaçılar üçün 136.11 manat (127,16 manat), 0-14 yaşlı uşaqlar üçünsə 186.30 manat (178,67 manat) təşkil edib. Mart ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 83.4 manat (79,37 manat), pensiyaçılar 77.68 manat (73,25 manat), 0-14 yaşlı uşaqların valideynləri isə 94.94 manat (89,79 manat) xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39.01 manat (35,33 manat), pensiyaçılar üçün 36.05  manat (31,53 manat), 0-14 yaşlı uşaqlar üçün 73.8 manat (71,32 manat), xidmət xərcləri isə dəyişməz qalaraq müvafiq olaraq  25,3 manat, 22,38 manat və 17,56 manat təşkil edib.
Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR