“Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin “Kazan formulu” əsasında nizamlanmasında maraqlıdır. Bu isə o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı torpaqları geri qaytarır və bunun əvəzində 2 dəhliz əldə edir. Bu rayonlar ətrafında demilitarizasiya həyata keçirilir və blokada şəraiti ləğv olunur”.
APA-nın xəbərinə görə, bunu rusiyalı politoloq Sergey Markov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Rusiyalı politoloqun sözlərinə görə, problem ondadır ki, Ermənistan ətraf rayonları Dağlıq Qarabağın tanınması qarşılığında azad etmək niyyətindədir: "Lakin bunun qarşılığında tanınmanı yox, blokadanın qaldırılmasını əldə etsələr, çoxları bu kompromisi yetərli hesab etməyəcək. Paşinyan sadəcə bundan qorxur. Ermənistan parlamentində güllələnmə hadisəsi yadınızdadır. Paşinyan həmin taleni yaşamaq istəmir”.






