İnsanlara hürriyət, millətlərə istiqlal!

Marketlərdən iki dəfə ucuz meyvə-tərəvəz bazarı: Alıcı azalıb, qiymət düşüb... VİDEOREPORTAJ

3171 16.04.2020 16:23 Reportaj A A

Hazırda ölkə ərazisində, əsasən də marketlərdə mövsümlə bağlı bir çox meyvə-tərəvəz məhsullarının qiyməti pik həddə çatıb. Ancaq bundan fərqli olaraq kənd təsərrüfatı bazarları hər zaman aztəminatlı əhalinin cibinə daha uyğun olub. Karantin səbəbindən bazarlara axın azalsa da, fəaliyyətləri tam dayandırılmayıb.

Musavat.com-un müxbiri karantindən öncə paytaxtın ən qaynar nöqtəsi olan “8-ci kilometr” bazarına baş çəkib. Qeyd edək ki, bazarda meyvə-tərəvəz bölməsindən başqa hər yer qapadılıb. Alıcılığın az olması səbəbindən aqrar məhsullar satan satıcıların da bir çoxu dükanlarını bağlayıblar. Qalanlar da piştaxtaların önünə əvvəlkindən daha az mal yığır ki, satılmasa ziyana düşməsinlər. Qiymətlər marketlərlə müqayisədə iki dəfə ucuzdur. Alıcılar isə əksinə bazara gəlməkdən çəkinir. Bu bazarın alıcıları həm də Bakı kəndlərinin sakinləri olduğundan indi onlar karantin səbəbindən 2 saatlıq icazə ilə gəlib gedə bilmirlər. Bəzi faraş məhsulların da bazara gəlməsi, mövsümi qiymət artımının qarşısını alıb.
Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.



Nərgiz LİFTİYEVA,
RAFƏT ŞAHBAZOV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR