İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova: Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir

1843 30.08.2023 21:39 Son xəbər A A

"Laçın yolunda hazırda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir".

Bunu avqustun 30-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Xatırlatmaq istərdim ki, Laçın yolunda yaranmış vəziyyət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması nəticəsində yaranıb. Bu, iki ölkə liderinin iştirakilə Avropa İttifaqının egidası altında 2022-ci ildə və 2023-cü ilin mayında keçirilmiş sammitdə təsbit olunub”.

Zaxarova bu sözləri Rusiyanın Laçın yolunda Azərbaycan tərəfindən saxlanmış üç gənc erməninin azad edilməsi üçün nə etdiyi barədə suala cavab verərkən deyib. Sözügedən şəxsləri saxlanarkən Rusiya sülhməramlıları müşayiət edirdilər.//Mənbə: AzadlıqRadiosu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR