Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında istənilən müsbət razılaşmanı alqışlayır.
Virtualaz.org-un məlumatına görə, bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi ölkə olduğunu və belə görüşlərin vacibliyini başa düşdüyünü xatırladıb: "Tərəflərin razılaşdırdıqları və Azərbaycanla Ermənistan arasında istənilən səviyyədə keçirilən bütün görüşləri alqışlayırıq. Xüsusilə də onlar konstruktiv xarakter daşıyırsa və onlardan müsbət nəticələr əldə olunursa".
Qeyd edək ki, Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova iştirak ediblər.






