Mariya Zaxarova “Artek”də səhər idmanına rəhbərlik edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məşhur “Artek” uşaq düşərgəsindədir.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, M.Zaxarova bu gün səhər düşərgədə səhər idmanının “ulduz rəhbər”i olub. Onun rəhbərlik etdiyi dəstə jurnalistikada ixtisaslaşanlardan təşkil olunub.
Mənbə bildirir ki, bu gün XİN rəsmisi uşaqlarla çimərlikdə olacaq, çay dəstgahında iştirak edəcək və dəstə üzvlərinə Rusiya-Çin münasibətlərindən danışacaq.






