Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında Azərbaycanla əlaqədar daha bir qərar verilib.
AGF-dən Trend-ə daxil olan məlumata görə, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub.
Qeyd edək ki, M. Vasileva 2008-ci ildən Azərbaycan millisinin Baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi altında bədii gimnastlarımız bir çox irimiqyaslı beynəlxalq yarışlarda medallar qazanaraq, dünya arenasında ölkəmizi layiqincə təmsil etmişlər.






