Həbsdən film kimi qaçış (VİDEO)
ABŞ-da oğurluq və narkotik maddədən istifadəyə görə həbs olunan William H. qaçmaq üçün film ssenarilərini xatırladan bir plan cızıb.
ANS PRESS-in məlumatına görə, əkiz qardaşı Cortis H. ziyarətə gəldiyində onunla yer dəyişdirərək həbsdən qaçmağı bacarıb.
Məhkum William qardaşının gödəkçəsini geyərək həbsdən çıxdığı yerdə bir polis ondan şübhələnir.
Vəziyyətin ağır olduğunu görən William gödəkçəni çıxararaq qaçır.
Hazırda polis hər yerdə William H. axtarır.






