EVLƏNMƏK ÜÇÜN İDEAL YAŞ 25-dir
“5 bəsit addımda evliliyinizi gözəlləşdirmənin yolları” adlı kitabın müəllifi Terri Orbux bu mövzu ilə bağlı aşağıdakı şərhi verib: “Savadlı qadınlar özləri ilə barışıqda olur. Xüsusən də yaşı 25 və ondan yuxarı olan qadınlar standartlarını bilir və ehtiyaclarını qarşılaya biləcək kişiləri müəyyənləşdirəndə düzgün seçimlər edir. Onlar yaşca özlərindən kiçik həmcinsləri ilə müqayisədə bu məsələdə daha az səhv buraxırlar”.






