İnsanlara hürriyət, millətlərə istiqlal!

"MARAL" RESTORANI BAĞLANILDI

4610 28.09.2011 16:35 Son xəbər A A

Dünənki sayda “Maral” restoranın rəhbəri Dağlar Səfərov açıqlamasında bildirmişdi ki, obyektinin priton kimi fəaliyyət göstərdiyi haqda yazılanlar həqiqətdən uzaqdır.
O, qeyd etmişdi ki, ona  məxsus olan restoran əxlaqsızlıq yuvası deyil və Zığ sakinlərinə də heç bir narahatçılıq yaratmırlar: “Bu, ailəvi restorandır və müştərilərə qız təşkil olunası barədə yazılanlar həqiqəti əks etdirmir. Restoran yaşayış məntəqəsindən 1 kilometr aralıda yerləşir və Zığ sakinlərini narahat etmirik. Onlar bizə qonşu deyil”.
Xatırladaq ki, qəzetimizin ötən saylarının birində “Zığda ikinci Badamdar qiyamı yetişir” başlıqlı reportaj təqdim olunmuşdu. Həmin məqalədə qəsəbə sakinləri iddia etmişdilər ki, “Maral” restoranı priton kimi fəaliyyət göstərir.
Dünən adıçəkilən restoranın sahibi Dağlar Səfərovla əlaqə saxlayıb deyilənlərə özündən münasibət öyrəndik. O, dedi ki, restoranı özü bağladıb.
Məsələ ilə bağlı dünən Suraxanı Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Suraxanı RİH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Barxudar Barxudarov “Yeni Müsavat”a açıqlamasında həmin restoranın bağlandığını təsdiqlədi.
O bildirdi ki, qəzetimizdə gedən həmin yazıdan sonra hüquq-mühafizə orqanları “Maral” restoranında araşdırma aparıb: “Hüquq-mühafizə orqanları tədbir görüblər və restoran bağlanıb. Daha ətraflı və dəqiq məlumatı hüquq-mühafizə orqanlarından əldə edə bilərsiniz”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında dedi ki, polis cinayətkarlara qarşı mübarizə aparır və restoran açıb-bağlamr.


Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR