İnsanlara hürriyət, millətlərə istiqlal!

Manukyan Ermənistanda alternativ hökumət qurmaq eşqinə düşüb

655 06.11.2023 17:49 Region A A

“Ermənistanda ən geniş ictimai-siyasi təbəqələrin təmsil olunacağı bir şura təşkil etmək lazımdır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri, Milli Komitənin üzvü Vazgen Manukyan deyib.

Qeyd edək ki, bu günlərdə yerli parlamentdə müxalif “Ermənistan” blokunun üzvü deputat Artsvik Minasyan Milli Komitə və onun tərkibi ilə bağlı yeni təklif irəli sürüb. Onun sözlərinə görə, bu cəhd uğursuzluqla nəticələnib.

Artsvik Minasyan “Abovyan Time” qəzetinə və Rusiyanın “Sputnik Armenia” agentliyinə müsahibəsində Milli Komitənin uğursuzluğunun səbəblərindən danışıb. Onun sözlərinə görə, guya onlar Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın rəhbərlik etdiyi “müvəqqəti hökumət”in tərkibini təqdim ediblər və siyahıda keçmiş xarici işlər naziri Vardan Oskanyanın da adı olub.

“Burada tək bir şərt katolikos və bütün keçmiş prezidentlərin bu ideyaya xeyir-dua verməsindən ibarət idi. Lakin birinci prezident Levon Ter-Petrosyandan mənfi cavab alındı, ona görə də ideya həyata keçirilmədi”, - deyə Minasyan söyləyib.

Arman Tatoyan özü də bu məsələ ilə bağlı onunla hər hansı məsləhətləşmələrin aparıldığını qəti şəkildə təkzib edib.

Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan isə Minasyanın dediklərini həqiqətə uyğun olmayan adlandırıb və heç kimin Ermənistanın birinci prezidentinin ofisi ilə əlaqə saxlamadığını deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR