İnsanlara hürriyət, millətlərə istiqlal!

Manqala "Mançester Siti"dən "Valensiya"ya keçdi - rəsmi

331 13.08.2019 14:25 İdman A A

"Valensiya" "Mançester Siti"nin futbolçusu Eliakim Manqalanı transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi ilə 1 illik müqaviləsi qalan fransalı oyunçunun təzminat qiyməti barədə məlumat verilməyib.

Britaniya mətbuatı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Manqalanı heyətdə düşünmədiyi üçün oyunçunun transferindən pul alınmadığını yazıb.

Qeyd edək ki, Manqala 2014-cü ildə "Portu"dan 45 milyon avroya İngiltərə klubuna transfer olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR