İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”in stadionundan təxliyyə olunanlar arasında azərbaycanlılar da olub

1151 16.05.2016 09:16 Hadisə A A


Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVIII turun təxirə salınmış "Mançester Yunayted" - "Bornmut" matçı zamanı tribunadan təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub.

"Report"un məlumatına görə, bu barədə həmin fanatlardan biri BBC-yə açıqlamasında bildirib.

"Biz Azərbaycandan gəlmişik. 8 saatlıq uçuşdan sonra Mançesterə çatmışıq. Ümid edirik ki, oyun yenidən təxirə salınmayacaq" - deyə adı açıqlanmayan azarkeş vurğulayıb.

Qeyd edək ki, mayın 15-də keçirilməli olan oyun "Old Trafford" stadionunda şübhəli zərf tapılması səbəbindən təxirə salınıb. Dərhal tribunalardan ikisi boşaldılıb. Oyun isə 17 may Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR