İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”in əfsanəvi məşqçisi danışılımış oyunların təşkilində ittiham olundu

508 18.10.2019 17:56 Son xəbər A A

Futbol agenti Cüzeppe Palyara İngiltərənin “Manşester Yunayted” klubunun keçmiş baş məşçisi ser Aleks Fergüsonu Çempionlar Liqası çərçivəsində keçirilən matçların birində saxtakarlığa yol verməkdə ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Mirror” qəzeti informasiya yayıb.

Qeyd olunur ki, Cüzeppe Palyaranın adı həmkarı Daks Prays və İngiltərənin “Börnsli” klubunun baş məşçisinin keçmiş köməkçisi Tommi Raytla birlikdə korrupsiya əməlində hallanır.

Agentin sözlərinə görə, Çempinonlar Liqasında İtaliyanın “Yuventus” klubu ilə keçirilən oyun ərəfəsində o, Aleks Fergüsona 35 min dollarlıq “Roleks” qol saaatını bağışlayıb. Bunun əvəzində isə şotland əsilli məşqçi lazım olan nəticəni təmin edib. Bundan başqa, Cüzeppe Palyara “Mançester Yunayted” in əfsanəsinin tez-tez futbol agentləri ilə əlbir olaraq transferlərdən çoxlu pul qazandığını iddia edib.

“MY”-nin “Yuventus”la konkret hansı matçında belə bir halın baş verdiyi dəqiqləşdirilməyib.

Bu vaxta qədər Aleks Fergüsonun yetirmələri Avrokuboklarda 8 dəfə Turin klubu ilə üz-üzə gəlib. Bunların 4-də ingilislər, 3-də isə italyanlar qələbə qazanıblar. Bir oyun heç-heçə başa çatıb.

Xatırladaq ki, Aleks Fergüson 1986-2013-cü illərdə “Manşester Yunayted”in baş məşqçisi olub. Bu müddət ərzində o, kluba 38 müxtəlif adda mükafat, o cümlədən 2 Çempionlar Liqası qalibi adını qazandırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR