İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

1024 19.09.2022 21:19 İdman A A

İngiltərənin "Mançester Yunayted" komandasının 12 futbolçusu "Şerif"lə UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Moldovada olarkən zəhərlənib.

Musavat.com Report-a istinadən xəbər verir ki, oyunçular qarşılaşmadan bir gün sonra özlərini piss hiss etməyə başlayıblar.

Klub bunun futbolçuların Kişineuda və ya geri qayıdarkən təyyarədə yedikləri yeməklə bağlı olub-olmadığını aydınlaşdırmağa çalışır.

Komandanın bəzi üzvləri bu səbəbdən sentyabrın 16-sı və 17-dəki məşqləri buraxıb.

Qeyd edək ki, "Şerif" - "Mançester Yunayted" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR