İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Siti" "Arsenal"ı dağıtdı

1596 14.12.2013 21:09 İdman A A
Futbol üzrə İngiltərə çempionatının 16-cı turunda "Mançester Siti" klubunun oyunçuları London "Arsenal"ını ağır məğlubiyyətə uğradıb.

ANS PRESS "BBC"yə istinadən bildirir ki, oyun 6:3 hesabı ilə Mançester təmsilçisinin komandasının xeyrinə bitib. "Siti"nin heyəti Fernandinyonun 50-ci və 89-cu dəqiqələrdəki dublu ilə fərqlənib. Qalan topları Serxio Aqutro (14), Alvaro Neqredo (39), David Silva (66) və YayaTure (90) vurub. 

"Arsenal"da dublu Teo Uolkott (31, 63) gerçəkləşdirib, daha bir topu isə Per Mertezaker (90) vurub. Məğlubiyyətə baxmayaraq, Arsen Vengerin komandası turnir siyahısına başçılıq edir, onun 35 xalı var. "Mançester Siti" 32 xalla hələ ki, ikinci yerdədir. Ancaq bu əsas rəqiblər 16-cı turun qalan oyunlarını hələ keçirməyiblər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR