İnsanlara hürriyət, millətlərə istiqlal!

Mamicanyandan Paşinyanın partiyası ilə bağlı İLGİNC açıqlama

741 03.11.2023 15:53 Son xəbər A A

“Ermənistanda dəyərlər sistemi dəyişməz qalıb, sadəcə olaraq, bu gün ölkədə özünü çoxluq adlandıran marginallar hakimiyyətdədir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü, parlamentdə “Şərəf duyuram” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan bildirib.

“Təəssüf ki, taleyin hökmü ilə ölkə bir qrup marginal insanlar tərəfindən idarə olunur. Onlar özlərini çoxluq kimi təqdim etməyə çalışırlar, amma əslində heç bir çoxluğa malik deyillər. Ermənistada əksəriyyət Aşot Navasardyanın (erməni millətçi siyasətçi - red.) ideallarını və prinsiplərini bölüşən insanlardır. Bu marginal insanların hakimiyyətdə qalması uzun sürməyəcək, mən buna əminəm”, - deyə Mamicanyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR