MALİYYƏ NAZİRLİYİNİN ADI XƏSTƏXANADAKI RÜŞVƏT QALMAQALINDA
“Hər şöbəyə tapşırılıb ki, gücləri çatan qədər pul yığıb versinlər. Artıq 5 min manat xəstəxananın mətbəxində çalışanlar, 3 min manat yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər pul toplayıb veriblər. Nazim həkim bu xəstəxanaya gələndən sonra bizi soyub-talayır. Bir neçə həftədir ki, Maliyyə Nazirliyi xəstəxanada yoxlamalar aparır. Baş həkim də bu pulu onlara verib canını qurtarmaq istəyir” - deyə həkimlər bildirib.
Dünən bu xəstəxananın həkimləri yenidən bizimlə əlaqə saxlayıb daha ciddi faktlar dedilər. Onlar bildirdi ki, baş həkim tibb işçilərinə xəbərdarlıq edib: “Bu gün (dünən-red.) səhər bütün şöbələrin həkimlərini çağırıb dedi ki, onun pul yığması məsələsini bütün Sumqayıt camaatı bilir. Sonra tapşırıq verdi ki, bir həftə ərzində pul yığılıb başa çatsın”.
Həkimlərin sözlərinə görə, xəstəxananın baş həkimi 8 aydır ki, həkimlərdən müxtəlif bəhanələrlə pul yığır: “Nazim Hüseynquliyev hazırda Hepatit C xəstəsidir. Neçə aydır ki, həkimlərdən pul yığıb özünü xaricdə müalicə etdirir. O, bu vəzifəyə gəlmək üçün verdiyi pulu indi bizdən alır. Nazim Hüseynquliyev Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin baş həkimi Rauf Sadıqovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur. Onların tanışlığı ilə bu posta təyin edilib. O, əvvəllər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Vaqif Qəhrəmanovun idarəsində işləyib. İndi həkimlərə deyir ki, əvvəl işlədiyi yerdə pul yığıb baş həkimlərinə verirlərmiş. Ona görə də biz də ona verməliyik. Bu adam baş həkim olandan sonra bizim maaşlarımız da azaldı. Əvvəllər 80-85 manat alırdıqsa, indi 60-70 manat alırıq”.
Tibb işçiləri baş həkimin xəstələrdən də qeyri-qanuni pul yığdığını deyir: “Nazim Hüseynquliyev xəstəxananın bütün həkimlərinə tapşırıq verib ki, xəstələrdən ən azı 10 manat alınsın. Xəstə əgər xəstəxanada yatacaqsa, ondan əvvəlcədən 200 manat alınır. Bu pul da birbaşa baş həkimin cibinə gedir. Bundan başqa, əgər xəstə Sumqayıtda qeydiyyatda deyilsə, o, baş həkimə 20 manat verməlidir. Dövlət xəstəxananın aptekinə xəstələr üçün pulsuz dərmanlar göndərir. Ən bahalı dərmanlar nevrologiya, kardiologiya, cərrahiyyə şöbələrinə verilir. Bu dərmanların ən ucuzu 100-150 manatdır. Bunların da hamısı xəstələrə pulla satılır. Müayinəyə gələn xəstədən guya dövlət büdcəsi üçün 5 manat alınır. Hətta baş həkim tibb bacılarının hər birindən 5 manat alır. Bunların hamısı onun cibinə gedir. Hansısa həkim narazılıq edirsə, deyir ki, xoş getdin”.
Həkimlər deyir ki, baş həkim 22 min manatın toplanması üçün onlara bir həftə vaxt qoyub: “Maliyyə Nazirliyinin Tahir adlı əməkdaşı həftədə bir neçə dəfə gəlib xəstəxanada guya yoxlama aparır. O deyib ki, bahalı dərmanlar xəstələrə pulla satıldığı üçün rüşvət verməlidirlər. Əks təqdirdə başqa cür olacaq. Baş həkim də dediyimiz kimi, bu pulu bizdən toplayır. İndiyə kimi Səhiyyə Nazirliyinə dəfələrlə zəng edib bu barədə məlumat versək də bizə konkret cavab verilməyib”.
1 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Nazim Hüseynquliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həkimlərin şikayəti əsassızdır: “Xəstəxanada heç bir həkimdən pul yığılmır. Bu, yalandır. Mən indi kursdayam. Heç xəstəxanada da deyiləm. Xəstəxanada Maliyyə Nazirliyi tərəfindən yoxlama da aparılmır”.
Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə əksini dedi. O, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında nazirlik tərəfindən yoxlamalar aparıldığını təsdiqlədi: “Müvafiq qaydada təşkil edilmiş iş planına uyğun olaraq 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin Sumqayıt regional maliyyə müfəttişliyi tərəfindən hazırda yoxlamalar aparılır. Sadəcə olaraq bu yoxlamalar başa çatmamış belə bir iddianın ortaya atılmasını absurd hesab edirəm. Həqiqətən də belə bir iddia varsa, pul tələb edilən şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etməsini tövsiyə edirəm. Bu xəstəxanada yoxlamalar başa çatandan sonra nəticələrlə bağlı mətbuata açıqlama veriləcək”.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, məsələ araşdırılacaq. Mövzunu diqqətdə saxlayacağıq.