İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

476 02.03.2019 00:37 İqtisadiyyat A A

Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır.

"Report" xəbər verir ki, bunu nazir Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.

"Çalışacağıq ki, bu bölmə gələn həftənin əvvəlində hazır olsun. Burada vətəndaşların tez-tez soruşduğu suallar cavablandıracaq, eləcə də vətəndaşlara suallarını onlayn rejimdə vermək və cavab almaq imkanı yaradacağıq. Güman edirəm ki, problemli kreditlərlə bağlılığı olan digər qurumlar - Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası da vətəndaşlara belə bir imkan yaradacaq", - deyə nazir qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR