İnsanlara hürriyət, millətlərə istiqlal!

Maliyyə Nazirliyi beynəlxalq və regional təşkilatlarda iş elanı verdi

1005 04.11.2014 10:34 Ölkə A A
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional maliyyə-kredit təşkilatlarında müxtəlif vəzifələrin tutulması üçün müsahibə elan edib.

“Media forum” saytının məlumatına görə, müsahibədə yaşı 27-dən 35-dək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Namizədlər Azərbaycan Respublikasının və ya xarici ölkələrin ali təhsil müəssisələrində maliyyə və kredit, mühasibat uçotu, maliyyə menecmenti, hüquq, audit, statistika ixtisası üzrə diploma malik olmalıdır.

İngilis dilini və əlavə digər bir xarici dili (şifahi və yazılı) sərbəst bilmək, ixtisas sahəsi üzrə minimum 5 illik iş stajına malik olmaq şərtdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR