MALİYYƏ NAZİRİ HƏRBÇİLƏRİN QANPULUNA GÖZ DİKİB
Məxfi məktubda deyilir: “Hörmətli Ramiz müəllim! Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (”Azərsığorta") tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə daxil olmuş rəsmi müraciətdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minməzdən əvvəl itkin düşmüş və qeyd olunan qanun qüvvəyə mindikdən sonra məhkəmənin qərarı ilə ölmüş elan olunmuş hərbi qulluqçulara sığorta ödənişinin verilməsi iddiası ilə belə hərbi qulluqçuların varisləri tərəfindən məhkəmələrə çoxsaylı müraciətlər olunduğu və eyni iddia tələbli işlər üzrə məhkəmələr tərəfindən fərqli qərarların qəbul edildiyi bildirilir. Belə ki, müraciətdə 2009-cu ildə və 2010-cu ilin 10 ayı ərzində 27 halda sözügedən iddiaların təmin edilmədiyi, iki halda isə sığorta ödənişinin verilməsinə dair qərarların qəbul edildiyi qeyd olunur.
Bildiririk ki, 1997-ci il, 10 avqust tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Azərsığorta” tərəfindən hərbi qulluqçuların (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifələr) icbari şəxsi sığortası həyata keçirilir. Bu məqsədlə 1998-ci ildən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “Azərsığorta” arasında hərbi qulluqçuların icbari sığortası müqaviləsi bağlanılır.
Qeyd olunan qanunun 6-cı maddəsinə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən sığortaçıya (“Azərsığorta”) həmin qanun qüvvəyə mindikdən sonra hər il dövlət büdcəsindən ayrılmış vəsait hesabına sığorta haqqı ödənilir".
Samir Şərifov məktubunun bu yerində Azərbaycan Respublikasının 1997-ci il, 3 oktyabr tarixli 377-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 167-ci bəndinin 1-ci cümləsinə istinad edərək qanpulunun verilməməsini əsaslandırmağa çalışıb. Nazir yazır:
“167-ci bəndinin 1-ci cümləsinə əsasən ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular ”Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimat"la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. “Hərbi qulluqçuların statusu haqqında” qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Silahlı Qüvvələrə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Silahlı Qüvvələrdə xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər".
Burada haşiyə çıxaraq qeyd edək ki, S.Şərifovun məktubunda əsaslandığı bu bəndin özündə də itkin düşən, hərbi qulluqkeçmə zamanı dünyasını dəyişən hərbçilərin ailələrinə, varislərinə 11 min manatlıq sığorta pulunun ödənilməsi yasaqlanmır. Sadəcə, ölən, itkin düşən hərbiçilərin avtomatik olaraq Silahlı Qüvvələrin hərbi qulluqçularının siyahısından çıxarılması vurğulanır. Amma qanundakı bu bənd nazirin lisenziya verdiyi “Azərsığorta” şirkətinə imkan verir ki, hərbçi ailələrinə ödənilməli olan qanpulunu ödəməsinlər, qanundakı bu boşluqdan istifadə edib məhkəmələrdə hərbçi ailələrinin iddialarının əsassız olmasını fakt kimi göstərsinlər.
Nazir məktubunun sonrakı hissəsində də qanunun ən müxtəlif bəndlərinə baş vurur: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qəbul edilməzdən əvvəl hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər qeyd olunan qanunda göstərilən şərtlər əsasında sığorta olmamış, o cümlədən onların sığortalanması üçün bu qanunla müəyyən olunan sığorta haqqı ödənilməmişdir.
Eyni zamanda “Sığorta” fəaliyyəti haqqında" qanunun 1.1.10-cu maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində marağı olan sığorta müqaviləsinin tərəfidir və həmin məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
Beləliklə, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” qanun qəbul edilənə qədər itkin düşmüş və həmin qanun qüvvəyə mindikdən sonra ölmüş elan olunmuş hərbi qulluqçuların varislərinə qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi, belə hərbi qulluqçular həmin qanun əsasında sığortalı olmadıqlarından, həmçinin “Azərsığorta”nın həmin qanun əsasında müqavilə öhdəliyi mövcud olmadığından qanunvericiliyə uyğun deyildir. Məhkəmələr tərəfindən “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” qanun qəbul edilənə qədər itkin düşmüş və həmin qanun qüvvəyə mindikdən sonra ölmüş elan olunmuş hərbi qulluqçuların ailə üzvlərinin (varislərinin) onlara həmin qanun əsasında sığorta ödənişinin verilməsi iddiası üzrə işlərə baxılarkən yuxarıda qeyd olunan hüquq normalarının nəzərə alınmasını məqsədəmüvafiq hesab edirik".
Qeyd edək ki, bir müddət əvvəl Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVAAMK) ofisində hərbyönümlü QHT-lər bu və digər mövzularla bağlı toplantı keçirmişdi. HVAAMK-ın qərb bölgəsi üzrə nümayəndəsi Aslan Vəliyev həmin toplantıda demişdi ki, dünyasını dəyişən və ya itkin düşən hərbçilərin yaxınlarına sığorta məbləğinin verilməsi məsələsində çox ciddi problemlərin var: “Bu məbləğ 11 min manatdır. Bu pulu adi qaydada hərbçinin ailəsinə verməli olduqları halda vermirlər. Bizə müraciət edən onlarla hərbçinin yaxınlarına bu pulu məhkəmə yolu ilə alıb vermişik. Hətta ölmüş hərbçilərin sığorta pulunu da vermirlər”.
Toplantıda bu məbləğlərin mənimsənilməsi fikirləri də səslənmişdi. Həmin vaxt bu məsələ ciddi qarşılanmasa da indi aydın olur ki, hərbçilərin qanpullarına belə göz dikən nazirlərimiz var.