İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Qalkin: "Bakı, inanılmaz dərəcədə xoş qarşıladığınız üçün təşəkkür edirəm!"

1406 16.11.2019 20:35 Son xəbər A A

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksin Qalkinin yaradıcılıq axşamı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

"Bakı, inanılmaz dərəcədə isti qarşıladığınız üçün təşəkkür edirəm! Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya vaxt tapıb ailəvi şəkildə konsertimə gəldiklərinə görə təşəkkür edirəm. İyirmi ildir ki, Bakıya solo konsertlər vermək üçün gəlirəm və həmişə möhtəşəm Azərbaycan tamaşaçıları ilə görüşməkdən zövq alıram. Qarşıda isə Kremldə verəcəyim konsert gəlir!", - M.Qalkin sosial şəbəkələrdəki səhifəsində yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR