“Uzun müddətli toplanış oldu. Canla-başla məşqlər keçmişik”.
Musavat.com xəbər verir ki, bu sözləri millimizin oyunçusu Maksim Medvedev deyib.
DÇ-2018-in seçmə mərhələsinin seçmə mərhələsində yığmamız sabah Şimali İrlandiya ilə qarşılaşacaq.
Oyundan əvvəl baş tutan mətbuat konfransında qısa açıqlama verən Maksim qarşıdakı matçı dəyərləndirib: “Çalışacağıq ki, Belfastdakı səhvləri təkrarlamayaq. Bu rəqibə bir dəfə qalib gəlmişik. Həmin motivasiya ilə meydana çıxıb, rəqiblə vuruşacağıq. Yalnız uğurlu nəticəyə ümid edirik”.
Musavat.com






