İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun Rusiyanı “alçaltmamaq” çağırışı Ukraynanı hiddətləndirdi-Özünüzü aşağılamayın

815 05.06.2022 19:42 Dünya A A

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “prezident Vladimir Putinin tarixi səhvinə baxmayaraq, Rusiyanı alçaltmaq olmaz” ifadəsini işlədən Fransa prezidenti Emmanuel Makronu kəskin şəkildə tənqid edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı reaksiyasını “Twitter” sosial şəbəkəsindəki rəsmi hesabında ifadə edib.

D.Kuleba bildirib: “Rusiya zatən öz-özünü alçaldıb, müttəfiqlər isə onu yerində oturtmağa daha çox diqqət etməlidirlər”.

Ukrayna xarici işlər nazirliyinin rəhbərinin fikrincə, bu cür çağırışlar yalnız Fransanın və eyni düşüncədə olan istənilən ölkənin özünü aşağılamaqdan başqa bir işə yaramır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR