İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun müsahibəsi ŞOK effekti yaratdı - ABŞ onu tezliklə “VURACAQ”

2101 19.04.2023 15:04 Gündəm A A

“Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfəri ABŞ-ın siyasi və ekspert dairələrində müzakirə predmeti olaraq qalır. Vaşinqton bu səfərin Qərbin xeyrinə olmadığı və fayda vermədiyi qənaətindədir. Vaşinqtonda hesab edirlər ki, Fransa prezidenti Çinə güzəştə getməyə hazırdır” .

Musavat.com xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluya məxsudur.

1483441693_rtgrthytryhvkghj.jpg (74 KB)

Politoloq qeyd edib ki, Emmanuel Makron Çinə səfərini yekunlaşdırdıqdan sonra Tayvan mövzusunda mübahisəli müsahibə verərək ABŞ-ın müttəfiqi olmağın “vassal” olmaq anlamına gəlmədiyini söyləyib:

““Müttəfiq olmaq vassal olmaq demək deyil... bu, bizim özümüz haqqında düşünməli haqqımızın olmadığı anlamına gəlmir”. Emmanuel Makron həmçinin deyib ki, Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır və vəziyyətin sülh yolu ilə həllinə çalışır.

Makron bununla demək istəyib ki, Fransa və digər Avropa ölkələri ABŞ-ın Tayvan məsələsində Çinlə qarşıdurmanın tərəfdarı olmamalıdırlar. Halbuki, Makronun Pekinə səfərinin məqsədi Çini Rusiyaya dəstəkdən imtinaya dəvət etmək olmalı idi. Makron isə Pekindən geri döndükdən sonra Ukrayna əvəzinə Tayvandan danışıb. Si Cinpin Makronla geniş fikir mübadiləsi aparsa da, Ukrayna məsələsində əvvəlki mövqeyindən geri çəkilməyib. Maraqlıdır ki, Emmanuel Makron Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-ın siyasətini tənqid etməyə başlayıb.

Makron Avropanın ABŞ-la bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edib. Bu o deməkdir ki, Makron ABŞ-ın Avropadakı hegemonluğunu qəbul etmir. Makron Avropanın güc mərkəzinə çevrilməsinin tərəfdarıdır. Fransa prezidenti hesab edir ki, bunun üçün zaman yetişib.

Makronun son açıqlamaları ABŞ-ın siyasi dairələrində böyük narazılıq yaradıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Makronu aşağılamaqdan çəkinməyib. Respublikaçı senator Marko Rubio isə Makrona məsləhət görüb ki, Avropa ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləsin”.

Politoloq vurğulayıb ki, Fransanın keçmiş liderləri də Avropanın ABŞ-dan uzaqlaşmasını dəstəkləyirdilər:

“Ancaq heç bir nəticə hasil etmirdilər. Çünki İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən formalaşmasında, iqtisadiyyatının bərpasında və təhlükəsizlik sisteminin qurulmasında ABŞ-ın müstəsna rolu olub və Vaşinqton bu rolundan imtina etmək istəmir. Digər tərəfdən, Avropa ölkələri Amerikasız keçinə bilmirlər. Misal üçün, 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayanda Avropa ölkələri aciz qaldılar, məsələyə ABŞ qarışdıqdan sonra vəziyyət sabitləşdi. Digər tərəfdən, Avropa ölkələrinin bir qismi Fransa prezidentinin təklifləri ilə razı deyil. Məsələn, Polşa ABŞ-la strateji tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR