İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: “Fransada ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq”

972 24.04.2023 08:20 Dünya A A


“Fransada ərzaq qiymətlərindəki artım yazın sonuna qədər davam edəcək”.

“Report” xəbər verir ki, bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

“Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, - deyə o qeyd edib.

Fransa lideri qeyd edib ki, əmək haqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.

“France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR