Makedoniya seçicilərinin öz ölkələrinin adını dəyişdirməkdən imtina etməsi artıq lokal problem olmaqdan çıxıb geopolitik savaş səviyyəsinə qalxıb.
Nəticə Putinin növbəti qələbəsi sayılmalıdır.
NATO və Avropa Birliyi isə Rusiyanın Qərb ölkələrində demokratik proseslərə asanlıqla müdaxilə etmək qabiliyyətini bir daha müvəffəqiyyətlə nümayiş etdirməsinin təşvişi içindədirlər.
Böyük Britaniyanın “The Guardian” qəzeti də eyni düşüncədədir.
Müəllif Saymon Tisdoll referenduma gələnlərin 90%-nin layihənin lehinə səs verməsinə rəğmən əhalinin böyük bir qisminin səsverməni boykot etdiyinə diqqət çəkir.

“2016-cı ildə ABŞ-dakı seçkiləri incələyənlər Rusiyanın Makedoniyada işlətdiyi metodları gözəl anlaya bilərlər. Dezinformasiya kampaniyaları, feyk xəbərlər, haker hücumları, kiberhücumlar, Facebook və Tvitterdə saxta hesablardan məlumatların yayılması, gizli pul köçürmələri, bunların hamısı Moskva tərəfindən Makedoniyada istifadə olunub”,-müəllif yazır.
Özü də referendum öncəsi Makedoniyaya Qərbin bütün nüfuzlu dövlət adamları təşrfi buyurmuşdular. Buraya özü ilə bərabər 8 milyon dollar pul gətirən ABŞ müdafiə naziri Ceyms Mettis, Almaniya kansleri Angela Merkel, NATO baş katibi Yens Stoltenberq, Avropa Birliyi xarici işlər komissarı Federika Mogerini kimi iri fuqurlar daxildir. Referendumun keçirilmə xərclərini isə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi üzərinə götürmüşdü.
/arc-anglerfish-arc2-prod-mco.s3.amazonaws.com/public/Q2Q6CXFMCRC2TPDQ5KVKZUNHVU.jpg)
“Onların hamısı makedoniyalılara Qərblə daha sıx inteqrasiya halında xoş gələcək və daha böyük təhlükəsizlik vəd edirdilər. Lakin Moskva hiyləgərlik edərək, daha çox pul xərclədi və prosesi uddu”,- Saymon Tisdol yazır.
“Paradoks bundan ibarətdir ki, referendumu boykot edənlər də əslində NATO və AB-yə üzvlük tərəfdarlarıdır. Lakin onlara bu perspektiv olduqca uzaq görünüb”, - yazının sonunda qeyd olunur.
“Qərb Makedoniyadan çox tez bir zamanda çox şey istədi”, - alman “Die Welt” qəzeti yazır.
“Bu gün həm Makedoniya hökuməti və onlarla bərabər NATO, Avropa Birliyi özlərinə bu sualı vemrəlidirlər ki, nə üçün daima seçklərədə aktiv fəaliyyət göstərən 600 min seçici bu dəfə seçki məntəqələrinə getməkdən imtina edib”,- müəllif Flora Vizdorff yazır.

Avropalı bir diplomatın jurnalistə söylədiyinə görə, makedoniyalılar Avropa Birliyi və NATO-ya üzvlüyün ölkə adının dəyişdirilməsinə bağlanmasından inciyiblər və bunu şantaj kimi qəbul ediblər. Bundan başqa Rusiyanın ciddi surətdə iş aparması boykot tərəfdarlarının qalib gəlməsinə yol açıb.
İsveçrənin “Le Temps” qəzeti isə ən böyük zərbənin Makedoniyanın qərbyönümlü hökumətinin aldığını vurğulayır. Bundan sonra eyni layihənin parlamentdə keçməsi isə praktiki olaraq mümkün görünmür.
Musavat.com






