İnsanlara hürriyət, millətlərə istiqlal!

Mais Ağayev: “Avtobuslarda sərnişinlərin maska taxmalarına ciddi nəzarət edilir”

650 25.06.2020 18:41 Ölkə A A

Bu gündən paytaxt Bakıda sərnişinlərin maska taxmadan avtobusa minmələri qadağan edilib. Yeni qaydaya əsasən maska taxmayan sərnişin olarsa, avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. 

Xatırladaq ki, bir müddət bundan əvvəl də bütün avtobusların salonlarında üzərinə “maskasız avtobusa daxil olmayın” yazılmış xəbərdarlıq lövhələri asılmışdı. Lakin müşahidələr onu göstərdi ki, çox az sayda sərnişin buna riayət edib, sosial məsafə gözlədi. Nəticə göz önündədir-gün ərzində 500-dən çox yoluxma olur...

Bəs bu gün sərnişinlər qoyulan qaydalara əməl edirlərmi?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Musavat.com-a bildirib ki, gün ərzində ayrı-ayrı dayanacaq məntəqələrində avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər olub: “Sürücülərin tövsiyəsindən sonra onlar maska taxıblar. Sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da var. Bununla bağlı da məlumatlar almışıq.

Qərarın icrası ilə bağlı tərəfimizdən reydlər keçirilir. Bütün hallar qeydə alınır, analiz edilir. Avtobuslarda sərnişinlərin maska taxmalarına ciddi nəzarət edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri daha da gücləndiriləcək".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR