İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mahnılarımızı səviyyəsiz adlandırırlar” dedi, mübahisə düşdü

787 16.09.2019 15:12 Şou-biznes A A

“Niyə klublarda müğənnilərimizin mahnıları səsləndirilmir? Dünyanın hər yerində ən elit, səviyyəli klublarda ən çox səsləndirilən öz ifaçılarının mahnılarıdır”.

Musavat.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə aparıcı Samir Bayramlı yazıb. 

O, yerli müğənnilərin mahnılarının  klublarda səsləndirilməməsindən gileyləib: “Bizdə isə mahnı istəyəndə deyirlər ki, səviyyəsizdir. Səbəb? Ölkədə nömrə bir olan müğənnilərin heç birinin mahnısı klublarda səsləndirilmir. Maraqlıdır və mənasızdır”.

Onun fikirlərinə dəstək olan məşhurlar da az olmayıb.

Bəstəkar müğənni Murad Arif Samirin fikirlərinə belə münasibət bildirib: “Çünki, özünkünü danan, əskik bilən çuşkalardır… Rusun 80 illik əsarətində qalmış beyinlərə yeridilib ki, sənin millətin üstün deyil, sevmə özünkünü, dəstək olma, kəs, tulla... Gözümün qarşısına konkret misalları gətirərək, bəzi dostlarımızı xatırladım. İnkar edirlər... Danışarkən dilimizi, setlərində də musiqimizi”.

M.Arifin sözlərinə isə xalq artisti Faiq Ağayev qarşı çıxıb: “Murad Arif, bu nə populistlik, bu nə qarayaxma?..
Klublardakı "rəis" və DJ-lərin əksəriyyəti Azərbaycan bölməsinin "yetirmələridir". Hansı planetdən almısan, yanlış məlumatı sən?”

M.Arif isə bildirib ki, onda xüsusi statistika yoxdur: “Məndə bununla bağlı xüsusi statistika yoxdur. Əgər lap elədirsə, dediyimi inkar etmir. Çünki, bölmə söhbəti deyil. İnkar edərkən daha cool, daha modern “görünməklik" sektorundan asılı olmayaraq, hələ də qalıb”.

Bəstəkarın fikirləri ilə razılaşdığını deyən xalq artisti S.Bayramlının düşüncələrinə də münasibət bildirib: “Bir neçə klubdan mənə izləyicilərim dəfələrcə videolar göndəriblər. Mahnılarım diskolarda səslənir.
Amma tam haqlısan, Samir Bayramlı. Yerli DJ-lər elə bil özünə yerli musiqini verməyi əskiklik bilir. Gülünc səslənməsin, fəqət, "sapı özümüzdən olan balta" məsələsidir bu. Birmənalı. Bu "görməməzlik” utanc və məyusluqdan başqa şey deyil. Halbuki, formata uyğun onlarca səviyyəli mahnılarımız var”.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR