İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli Xorvatiya klubunda ilk qolundan DANIŞDI

952 11.04.2022 11:14 İdman A A

“Çox çətin oyun oldu. Hər bir xal və hər bir qələbə bizim üçün çox önəmlidir”.

Oxu.Az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun azərbaycanlı futbolçusu Mahir Emreli deyib.

24 yaşlı forvard Xorvatiya çempionatının 30-cu turunda “Riyeka” üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirib. Azərbaycan millisinin hücumçusu zaqreblilərin heyətində 79-cu dəqiqədə ilk qolu vurmasına da münasibət bildirib:

“Oyuna yaxşı başlamadıq. Çox bəsit qol buraxdıqdan sonra nəzarəti ələ aldıq. İstədiyimiz qolları ikinci hissədə vurduq. “Dinamo”nun heyətində ilk qolumu vurduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, belə də davam edəcəyəm. Bu qol mənim üçün də titul qazanmaq baxımından çox vacibdir. Bütün komandamı və azarkeşlərimizi təbrik edirəm. Zövq almaqda davam etsinlər”.

Qeyd edək ki, Mahir Emreli bu matçda meydana 57-ci dəqiqədə daxil olub. O, danimarkalı müdafiəçi Rasmus Lauritseni əvəzləyib.

“Dinamo” hazırda 63 xalla çempionata başçılıq edir. Komanda ikinci pillədə olan və iki xal geri qalan “Osiyek”dən bir oyun az keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR