İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqaladan havaya qalxmış təyyarə siqaret çəkən qadına görə təcili eniş etdi

1045 16.08.2017 02:15 Dünya A A

Mahaçqala-Moskva reysi ilə uçan “Pobeda” loukosterinə məxsus təyyarə Volqoqradda təcili eniş etmək məcburiyyətində qalıb. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, ekipajın belə qərar qəbul etməsinə səbəb uçuş zamanı sərnişin qadının siqaret çəkməsi olub.

Mənbə bildirir ki, planlaşdırılmamış eniş təyyarənin mənzil başına 40 dəqiqə gec çatmasına səbəb olub. Məcburi enişlə bağlı bütün xərclər uçuş qaydalarını pozmuş sərnişinə yönəldiləcək. Bunu isə “Pobeda” aviaşirkətinin mətbuat katibi Yelena Selivanova deyib.

Siqaret çəkən qadın rəfiqəsi ilə birlikdə Volqoqradda düşürülüb və polisə təhvil verilib.

Qeyd edək ki, bu, son iki ay ərzində “Pobeda”nın Moskva-Mahaçqala reysində üçüncü analoji haldır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR