Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla və adam öldürməyə cəhddə təqsirləndirilən Ehtiram Əliyev və Ələsgər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 14 il müddətinə azadləqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib. 22 yaşlı Ehtiram Əliyev və 21 yaşlı Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 67 yaşlı Hikmət Bəhlul oğlu Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endiriblər. Daha sonra mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıblar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 29.120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və quldurluq maddələri ikə ittiham verilib.
İlkin Muradov,
Musavat.com






