İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağaraya girən xüsusi təyinatlılar şoka düşdü: Yeraltı hospital tapıldı

2096 01.03.2021 10:05 Dünya A A

Rusiya Silahlı Qüvvələrinin minaaxtaranları Suriyanın İdlib əyalətində terrorçuların səhra hospitalı yaratdıqları boş mağaranı məhv ediblər. Bildirilir ki, hospitalda hətta ən çətin cərrahi əməliyyatların aparılması üçün şərait olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mühəndis qoşunlarının rəisi polkovnik Roman Bessmertnıy jurnalistlərə açıqlama deyib.

Onun sözlərinə görə, bu, rus hərbçilərinin Suriyada olduqları müddətdə gördükləri ən yaxşı təchiz edilmiş hospitallardan biridir.

“Bu mağarada müasir xəstəxana var idi. O, həm ambulator xəstələrin qəbulu üçün, həm də ağır əməliyyatlar üçün tam təchiz edilmişdi. Xəstəxananın avadanlığı şəxsi heyətin 100-dək üzvünün yerləşdirilməsinə imkan verirdi”, – polkovnik Bessmertnıy belə deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR