İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro Venesuela alimləri tərəfindən koronavirusa qarşı preparat hazırlandığını bildirib

396 26.10.2020 09:54 Dünya A A

Venesuela alimləri koronavirus infeksiyasına qarşı mübarizədə dərman preparatı hazırlayıblar.

APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə ölkə prezidenti Nikolas Maduro çıxış edib. “Tədqiqat altı ay davam etdi və nəticələr sağlam molekullara toksik təsir göstərmədən COVID-19 virusunun 100% məhv edildiyini göstərir”, - Maduro belə deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ölkə Venesuela Elmi Tədqiqatlar İnstitutu tərəfindən aparılan işlərin nəticələrini Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təqdim edəcək: “ÜST tərəfindən təsdiqlənəcəyi təqdirdə, bu molekulun kütləvi istehsalı üçün beynəlxalq birliklər axtarmağa başlayacağıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR