Madonnaya qarşı “Charlie Hebdo” faciəsindən reklam ittihamı (FOTO)
Məşhir müğənni Madonna “Charlie Hebdo” faciəsindən yeni albomunun reklamı üçün istifadə etməkdə günahlandırılıb. Musavat.com xəbər verir ki, məlumatı “The New York Post” yayıb.
Məlumata görə, müğənni İnstagram-da “Je Suis Charlie” fotosunu yerləşdirib və fotoya yeni albomunun adı ilə heşteq əlavə edib.
“İndi çox qorxunc vaxt gəlib. Hörmətsizlikdən dözümsüzlük və qorxu doğur. Biz qaranlıqla yalnız aydınlıqla mübarizə apara bilərik. Hamımız Şarliyik! #revolutionoflove ❤️#rebelhearts”, - Madonna yazıb.
Müğənni Parisdəki etiraz aksiyasının iştirakçılarıbnın fotosunu da paylaşıb və bəyan edib ki, bütün dinlərə hörmət edilməlidir, amma insan həyatına da sayğı lazımdır.






