İnsanlara hürriyət, millətlərə istiqlal!

Madonnanın özündən 35 yaş kiçik sevgilisi - FOTO

1734 28.04.2023 00:22 Şou-biznes A A

64 yaşlı Madonna konsertə yeni sevgilisi 29 yaşlı Coş Popperlə birlikdə gedib.

Pop-diva konsertə məktəbli geyimində və yeni sevgilisi, boksçu Coş Popperlə gedib.

O, Instagram hekayələrində bir neçə foto paylaşıb. Konsert üçün Madonna hörük və məktəbli obrazı seçib.

Qeyd edək ki, Coş Popperdən əvvəl Madonna model, 23 yaşlı Endryu Darnelllə görüşürdü. Ancaq fevral ayında müğənni münasibətlərinin bir ayı keçməmiş onu tərk edib.

Coş Popper Nyu-Yorkun “Bredwinners Gym”də boks üzrə məşqçidir. O, Madonnanın uşaqlarından birinə boks öyrədir.
Madonna hətta sevgilisi ilə idman zalına da gedib.

Superstardan fərqli olaraq, Popper nisbətən sadə həyat sürür.

O, bir vaxtlar 2015-ci ildə məzun olduğu Qlassboro, Nyu-Cersi şəhərindəki Rowan Universitetində perspektivli oyunçu olub. İki dəfə NFL komandası üçün cəhd edən Coş vəsiqə qazana bilməyib.

LinkedIn-ə görə, o, “New York Life”ın lisenziyalı sığorta agenti olub.

Yalnız 2020-ci il pandemiyası zamanı özünün təvazökar idman zalı açan idmançı burada böyüklərə və uşaqlara boks öyrədən bir neçə məşqçidən biridir.

Madonna Darnelllə görüşdüyünü inkar edərək, onun sadəcə övladlığa götürdüyü oğlu David Bandanın məşqçisi olduğunu iddia edib. Ancaq onunla bir neçə fotoşəkil dərc etdikdən sonra Diva münasibətlərini gizlətməkdən əl çəkib.

Qeyd edək ki, pop diva həmişə özündən kiçiklərlə görüşüb. Bununla belə, istisnalar da var. 1989-cu ildən Madonna özündən 21 yaş böyük aktyor Warren Beatty (Uorren Bitti) ilə münasibətdə olub. Onlar birlikdə "Dik Treysi" filmində rol alıblar. Tənqidçilər bunun filmin reklamı olduğunu güman edirdilər, çünki onlar bir-birindən çox fərqli idilər. Sonda boşanma səbəbi də bu olub. Beatty ictimaiyyətin diqqətində olmağı sevən gənc sevgilisindən bezmişdi.//Sfera.az

1682621648_mod3.jpg (151 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR