İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Madər Musayev VƏFAT ETDİ

3114 14.07.2023 13:11 Ölkə A A

Milli Məclisin deputatı Madər Musayev vəfat edib. 

Musavat.com xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev  75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

“Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR