İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstanın qadın nazirinin siyasi həyatı bitdi - ''Günah məndədi, prezidentin suçu yoxdur''...

750 11.02.2024 02:00 Dünya A A

Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.

Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.

O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.

"Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm", - Varqa bildirib.

Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR