İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Türkiyə və Bolqarıstanla mühüm razılaşma əldə edib - Siyarto

511 01.03.2024 22:33 Dünya A A

Macarıstan Türkiyə və Bolqarıstandan Rusiya qazının onların ərazisindən tranzitinə dair razılıq alıb.

Musavat.com xəbər verir ki, bu barədə Antalya Diplomatik Forumunda iştirak edən Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.

Antalyada Macarıstanın Baş naziri Viktor Orban ilə Türkiyə və Bolqarıstan prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında görüşlər olub, görüşlərdə Xarici İşlər Nazirliyinin rəhbəri də iştirak edib. Siyarto qeyd edib ki, əldə olunmuş razılaşmalar Macarıstanın “uzunmüddətli milli maraqlarına və enerji təchizatının təhlükəsizliyinə xidmət edəcək”. Onun sözlərinə görə, Türkiyə və Bolqarıstan qaz tədarükü üçün “etibarlı tranzit marşrutları” kimi qalacaqlar. Macarıstan qazın əsas hissəsini Rusiyadan “Türk axını” qaz kəməri ilə, həmçinin onun Bolqarıstan və Serbiya ərazilərindən keçən qolundan alır.

“Əgər bu marşrut işləməsəydi, biz böyük problemlər yaşayardıq və biz ölkəmizə təhlükəsiz təbii qaz tədarükünü təmin edə bilməzdik”, - deyə Siyarto özünün Facebook səhifəsində videomüraciətində bildirib.

Xarici işlər naziri onu da xatırladıb ki, bundan əvvəl Macarıstan və Türkiyə 2024-cü ildə 275 milyon kubmetr türk qazının tədarükü haqqında saziş imzalayıblar. O, Türkiyədən yanacağın ikinci və üçüncü rüblərdə alınacağını deyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR